YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın mədəni diplomatiyasının aparıcı qüvvəsi Mehriban Əliyevadır (VİDEO)

"Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinə əhəmiyyətli töhfə verməkdədir. Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Heydər Əliyev Fondu humanitar sahədə digər dövlətlərlə ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verməklə, mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına xidmət edir".

Bu fikirləri "Yeni Tv"yə müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva vurğulayıb ki, bütövlükdə, Mehriban xanım Əliyevanın uzaqgörən ictimai-siyasi fəaliyyəti geniş miqyasda fəal və dünyəvi Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynayır.

DİGƏR Xəbərlər Arxiv