YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: “Qobu” Elektrik Stansiyası bizim ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək

Bu gün təməl daşını qoyduğumuz “Qobu” Elektrik Stansiyası bizim ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək və eyni zamanda, bundan sonra daxili tələbatı təmin edəcək. Çünki tələbat artır, Azərbaycan əhalisi artır. Müstəqillik dövründə Azərbaycan əhalisi 8 milyondan 10 milyona qalxmışdır və bu meyillər davam edəcək. Bu, ölkəmizdə görülən işləri əks etdirir.

Bu sözləri Prezident İlham Əliyev “Qobu” Elektrik Stansiyasının təməlqoyma mərasimindən sonra energetiklərlə görüşündə söyləyib.

İnsanların yaşayış səviyyəsinin yaxşılaşdığını vurğulayan Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq demoqrafik vəziyyətə bilavasitə təsir edən amillərdəndir.