YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir

“Azərbaycan sosial dövlətdir. Ökəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifah halının daha da yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu mənada,  dövlətimizin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğısı xüsusilə qeyd olunmalıdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.

Sevda Abdullayeva bildirib ki, bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır. Onun sözlərinə görə, müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bir daha sübut etdi ki, ölkə başçısın diqqət və qayğısı daha da geniş vüsət alır”.
Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramının genişləndirildiyini deyən YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri qeyd edib ki, yalnız son iki ili götürdükdə, 2018-ci illə müqayisədə 3 dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək: “Artıq onlardan 554 mənzil, o cümlədən təkcə son bir ayda 250 mənzil təqdim edilib. Bu vaxta kimi 8142 mənzil və fərdi ev verilib. Eləcə də, müharibə əlillərinin avtomobillə təminatı tədbirlərinin davamı kimi, həmin vətəndaşlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verilib, 2020-ci ildə isə 400 avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan artıq 150-si təqdim olunub. Ümumilikdə, 6900 avtomobil bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib”.

S.Abdullayeva diqqətə çatdırıb ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına hörmət və ehtiram bütün cəmiyyətimizə xarakterik haldır: “Çünki Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və hazırda bu mübarizənin iştirakçısı olan şəxslərə diqqət və ehtiramla yanaşmaq hər birimizin mənəvi vəzifəsidir”.