YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin sədrlərinin iştirakı ilə videokonfrans formatında müşavirəsi keçirilib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının sədrlərinin iştirakı videokonfrans şəklində növbəti müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyası gənclərin fəallığını təmin etmək, onlara öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə etmək üçün bütün imkanları yaradır. 

Daha sonra videokonfransda çıxış edən Gənclər Birliklərinin sədrləri ötən ay ərzində fəaliyyətlərini partiya rəhbərliyinin tövsiyə və tapşırıqları istiqamətində qurduğunu, cəmiyyətimizdə gənclərin fəallığının yüksək səviyyədə olması və milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşdiklərini, ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatların Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaratdığını, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb etdiyini bildirdilər. Hesabat ayı ərzində gənclər Azərbaycan gəncliyinin hərtərəfli istiqamətdə inkişafı üçün müxtəlif onlayn tədbirlər həyata keçirdiklərini, pandemiya ilə əlaqədar görülən işlərdə yaxından iştirak etdiklərini vuğuladılar.

Sonda videokonfrans iştirakçılarına qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verildi.

Qeyd edək ki, YAP Gənclər Birliyinin sədrləri ilə keçirilən hesabat xarakterli videokonfrans silsilə xarakter daşıyır.