YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Məmmədli: Hər birimiz qaydalara əməl etməklə virusa qalib gəlməliyik

“Yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq üçün ilk günlərdən dövlət bütün addımları atır”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

M.Məmmədli bildirib ki, hazırda Bakıda və digər bır sıra bölgələrimizdə sərt karantin rejiminin davam etməsi də insanların sağlamlığına və təhlükəsizliyinə xidmət edir. Onun sözlərinə görə, COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Bu təhlükə hələ də var və əgər insanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər. Ona görə də vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər.

“Bilirsiniz ki, karantin rejiminin uzadılması nəticəsində son günlər yoluxma sayında azalma, xəstəlikdən sağlamaların sayı isə artım müşahidə olunur. Bu müsbət tendensiyanın davam etməsi üçün vətəndaşlar qaydalara əməl etməlidirlər. İctimai nəqliyyatda, ofislərdə və digər yerlərdə maskadan istifadə olunmalıdır. Tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri insanları 95 faiz yoluxmadan qoruyur. Eləcə də gigiyenik qaydalara əməl edilməli, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlanmalıdır. Bu, özümüzün, yaxınlarımızın, bütövlükdə cəmiyyətimizin qorunması üçündür. Hər birimiz bu qaydalara əməl etməklə virusa tam qalib gəlməliyik”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv