YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan regionda gərginliyin artmasına və insan tələfatına rəvac verir

Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmayaraq regionda təhlükə və gərginliyin artmasına, insan tələfatına rəvac verir.
Bu fikri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin 3 yanvar tarixli bəyanatını şərh edərkən bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT Nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycana qarşı hərbi təcavüz edilib, ölkənin ərazisinin bir hissəsi işğal olunub. Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsi və həmin torpaqlarda Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız mənfi fəsadlara yol aça bilər. İşğalçı və təcavüzkar dövlət kimi buna görə bütün məsuliyyət rəsmi Yerevanın üzərinə düşür.