YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis payız sessiyası müddətində 286 qanun və qərar qəbul edilib

Payız sessiyası müddətində Milli Məclisdə 21 iclas keçirilib, 286 qanun və qərar qəbul edilib. Yəni Milli Məclis üzərinə düşən qanunvericilik səlahiyyətini tam yerinə yetirib.
Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov payız sessiyasının son iclasında məlumat verib.
Parlamentin xarici əlaqələrindən danışan Oqtay Əsədov bildirib ki, deputatlarımız beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak edərək 50-yə yaxın ölkəyə 115 səfər ediblər. 60-dan çox xarici dövlətin və beynəlxalq təşkilatın 90-a yaxın nümayəndə heyəti Milli Məclisdə olub. Onlar arasında 6 prezident, 6 baş nazir və 11 parlament sədri olub. Beynəlxalq təşkilatların xətti ilə Azərbaycan 10 beynəlxalq tədbirə ev sahibliyi edib.

 

DİGƏR Xəbərlər Arxiv