YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu əfv və amnistiya siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

«Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu əfv və amnistiya siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, əfv fərmanı İlham Əliyevin humanist addımlarının parlaq nümunəsidir. Onun sözlərinə görə, əfv fərmanı ilə müəyyən cinayət əməli törədərək həbs olunan şəxslərin layiqli vətəndaş olmalarına növbəti dəfə şans verilib.

«Bu hadisə həm də, əfv olunmuş şəxslərin ailə üzvlərinə ölkə başçısının göstərdiyi qayğının göstəricisidir. Hər il əfv fərmanı ilə bir çox insan azadlığa qovuşur və bir çox ailələrin evlərində ikiqat bayram sevinci yaşanır»- deyə, M.Quliyev vurğulayıb.