YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, sözün həqiqi mənasında, əzəmətli inkişaf mərhələsi keçmişdir

«Azərbaycan Respublikasının dinamik iqtisadi inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsini şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində Azərbaycan, sözün həqiqi mənasında, əzəmətli inkişaf mərhələsi keçmişdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ÜDM-nin üçqat artımında ifadə olunub, yoxsulluq səviyyəsi təxminən 10 dəfə aşağı salınıb, bir milyondan çox yeni iş yerləri açlıb. Məhz bu uğurlu siyasətin və əldə edilmiş nailiyyətlərin fonunda cari il ərzində də Azərbaycanın inkişafı davam edib». Bu fikirləri yap.org.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, sosial-iqtisadi sahələrdə əldə edilən nailiyyətlər - iqtisadiyyatın inkişafı hər şeydən əvvəl sosial rifahın daha da yaxşılaşmasında ifadə olunub. Onun sözlərinə görə, bütövlükdə, Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizin iqtisadi modelinin bir çox əhəmiyyətli parametrlərini müəyyənləşdirir. Bu parametrlər içərisində Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, rəqabət qabiliyyətinin yüksəlməsi və bu meyara görə Azərbaycanın dünyada əhəmiyyətli yer tutması ilə səciyyələndirilə bilər.