YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının güclənməsi ölkələrimizin beynəlxalq təşkilatlardakı mövqelərinin möhkəmlənməsinə ciddi stimuldur

Türkiyə Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sədri Rəcəb Tayyib Ərdoğan TDƏŞ-in baş katibi Ramil Həsənovu qəbul edib.
Görüşdə TDƏŞ-in fəaliyyət istiqamətlərindən bəhs edən Ramil Həsənov 2015-ci ildə qurumun Astanada keçiriləcək V zirvə toplantısına hazırlıq işləri barədə ətraflı məlumat verib. Baş katib diqqətə çatdırıb ki, növbəti zirvə toplantısına təşkilata üzv olmayan ölkə başçıları da dəvət edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının güclənməsi türkdilli ölkələrinin beynəlxalq təşkilatlardakı mövqelərinin möhkəmlənməsinə ciddi stimuldur. Türkiyənin dövlət başçısı TDƏŞ-in Birləşmiş Millətlər və İslam Əməkdaşlıq təşkilatları ilə əlaqələrinin qurulmasını, o cümlədən Şuranın üzvü olan ölkələrin Kiyevdə ilk xarici nümayəndəliyinin açılmasını yüksək dəyərləndirib.
Sonda baş katib Ramil Həsənov TDƏŞ-in bayrağını Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə edib.