YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabın gənc könüllüləri COVİD-19-a qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparırlar

Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etmişdir. Bunu nəzərə alaraq Zərdab rayon İcra Hakimiyyətinin, rayon Gənclər və idman idarəsi əməkdaşlarının və idarədə fəaliyyət göstərən könüllü gənclərin və Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının fəallarının iştirakı ilə mobil qrup halında rayon ərazisində COVİD-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə işləri aparılır.

Belə faydalı maarifləndirmə tədbirlərinin gedişində, kampaniyaya qoşulan könüllülər rayonumuzun ərazisində olan obyektlərdə koronavirusa qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri bir daha sakinlərin diqqətinə çatdırırlar. Onlar əhalinin sağlamlığının qorunması baxımından tibbi maskalardan istifadə etməyin və sosial məsafənin qorunmasının zəruriliyini hər zaman xatırladır və qaydalara əməl etməyə çağırırlar.

 

DİGƏR Xəbərlər Arxiv