YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: 2015-ci il Azərbaycan üçün hər bir sahədə böyük perspektiv vəd edir

«2015-ci il Azərbaycan üçün hər bir sahədə böyük perspektiv vəd edir. Hesab edirəm ki, iqtisadiyyatımızın inkişafı davamlı olacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı neft və qazdan asılı deyil amma neft-qazın istehsalı və ixracı iqtisadiyyatın inkişafına mühüm töhfələr verir. Eyni zamanda, neft və qazdan əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da inkişafı təmin edən mühüm amillərdən biri kimi dəyərləndirilməlidir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, dövlətimizin inkişaf siyasətinin əsas məqsədlərindən birini də yoxsulluğun səviyyəsinin daha da aşağı salınması təşkil edir. Onun sözlərinə görə, iqtisadi islahatlar və sosialyönümlü tədbirlər sayəsində dövlətimizin inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırılması strateji hədəf kimi müəyyənləşdirilib.

«2015-ci ildə iqtisadi islahatların daha da dərinləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunmasına dair proqramların həyata keçirilməsi də nəzərdə tutulub. Bu gün regionlarımız sürətli inkişaf tempinə malikdir, bölgələrdə yeni sənaye müəssisələrinin tikintisi davam etdirilir, əhalinin məşğulluq səviyyəsinin artırılmasına dair əhəmiyyətli tədbirlər görülür. Azərbaycan bu il olduğu kimi növbəti ildə də böyük, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Bunların sırasında birinci Avropa Olimpiya Oyunlarını xüsusi qeyd etməliyik. Ölkəmiz bu nüfuzlu beynəlxalq tədbirə yüksək səviyyədə hazırlaşır. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir. Belə ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası bütövlükdə, Azərbaycanın uzunmüddətli inkişaf üçün strateji vəzifələr müəyyən edir. Bu konsepsiyanın həyata keçirilməsi ölkəmiz üçün böyük perspektivlər vəd edir»- deyə, M.Qurbanlı vurğulayıb.