YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin təşkil etdiyi videokonfrans formatında yay düşərgəsinin açılışı olmuşdur

Daha öncə xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının gənclərinin pandemiya dövründə birlik və həmrəyliyinin möhkəmləndirilməsini, əlaqələrinin inkişafını və genişləndirilməsini, siyasi dünyagörüşlərinin formalaşdırılmasını və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək məqsədilə ilk dəfə olaraq online yay düşərgəsi keçiriləcəkdir. Yüzlərlə YAP gənci yay düşərgəsinə qoşulmaq üçün müraciət edərək qeydiyyatdan keçmişlər.

Bu gün sözügedən yay düşərgəsinin açılışı olmuşdur. Tədbiri giriş sözü ilə Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov açaraq, ilk dəfə videokonfrans formatında keçiriləcək yay düşərgəsi haqda ümumi məlumat verərək, düşərgənin məqsədi, məzmunu, təlimlər, məruzəçilər barədə danışmışdır. Daha sonra giriş nitqi ilə söz Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzova verilmişdir. O, gəncləri salamlayaraq, bu formatda yay düşərgəsinin keçirilməsini müsbət hesab etdiyini, ümumilikdə gənclərin belə tədbirlərə həvəsli olduğunu, bunu çox yüksək qiymətləndirdiyini qeyd etmişdir. Daha sonra Siyavuş Novruzov son günlər təmas xəttində gedən döyüşlərdən danışmış, Azərbaycan hərbi qüvvələrinin gücünü, hərbçilərin yüksək səviyyədə döyüş hazırlığını, Azərbaycan gəncliyinin vətənpərvərliyini qeyd etmişdir. Şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləmişdir. O, gənclərə üzünü tutaraq, heç bir siyasi təxribata uymamağa çağırmışdır.

Tədbirdə çıxış edənlərdən YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, YAP Gənclər Birliyi ofisinin rəhbəri Elmar Məmmədov, YAP Oğuz rayon təşkilatının Gənclər Birliyinin sədri Elşən Alcansoy, YAP Şirvan rayon təşkilatının Gənclər Birliyinin sədri Nəmini Nəmidə, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, YAP Gənclər Birliyinin üzvü Əli Babazadə çıxış etmişlər.

Qeyd edək ki, haqqında bəhs olunan yay düşərgəsi 31 iyul tarixinə qədər davam edəcəkdir.