YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan öz mənfur niyyətindən əl çəkmir, təxribatları ilə əsl simasını örtaya qoyur

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

“Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən və yalançı “erməni soyqırımı”nı sübuta yetirməyə çalışan erməni millətçiləri müasir qloballaşan dünyada xalqların və ölkələrin yaxınlaşması yolunda ciddi əngələ çevrilmişlər.  Bu gün həyata keçirdikləri faşizm siyasəti dünya siyasətinə təsir göstərmək cəhdi, sülh və əmin-amanlıq üçün, insanlığın gələcəyindən ötrü təhlükəli maneəyədir.  Bir vaxtlar “Dağlıq Ermənistan”ın bir hissəsi kimi Dağlıq Qarabağ haqqında  yaratmaq  istədikləri mifologem   dövlətimiz tərəfindən  darmadağın edildikdən sonara, yeni bəhanələr ilə özlərini haqlı çıxarmağa və  iftiraları ilə  dünya içtimayyətini aldatmağa cəhd etdiər. Dəfələrlə  təsdiq olunub ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun olmadığı  tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib.XIX əsrdən başlayaraq kök atan erməni millətçiliyi yarandığı vaxtdan digər xalqlara qarşı amansız qəddarlığı ilə seçilib. Erməni yalanlarının əsrlər boyu ayaq tutub yeriməsinin, bunun qarşılığında beynəlxalq aləmdə susqunluğun acı nəticəsini bu gün Azərbaycan yaşayır.

Hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər, ərazi iddaları  tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bütün beynəlxalq görüşlərdə dəfələrlə dünyanın gözü qarşısında   Prezidenti İlham Əliyev təmkinli, tutarlı və sənədlərə əsaslanan çıxışları ilə  Ermənistanın,   Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa etmiş, hər dəfə onlara beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçmişdir.  Bu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından böyük önəm daşıyır.  Eyni zamanda dövlət rəhbərinin həyata  keçirdiyi siyasət, dünya tərəfindən təqdir olunur, humanizm siyasəti, ədalətli mövqeyi nümunə göstərilir. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir.  Azərbaycan artıq uzun illərdir ki, müxtəlif siyasi qütblərdə dayanan ölkələrin dialoq məkanına çevrilir.  Ölkəmiz  beynəlxalq siyasətin aktiv iştirakçısı kimi funksionallığını artırır, olduqca məsuliyyətli, mühüm missiya həyata keçirir.  İnsanlıq naminə ən ağır yükü üzərinə götürür, yeni təkliflərlə çıxış edir və bütün dövlətləri, gələcəyimiz naminə həmrəyliyə çağırır.  Bu cür gərgin, dünya üçün  narahat bir dönəmdə Ermənistan öz mənfur niyyətindən əl çəkmir,  təxribatları ilə əsl simasını örtaya qoyur, təcavüzkar siyasətini davam etdirmək üçün hər cür çirkin və riyakar əməllərdən istifadə edir.  Bir – neçə gündür Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribat bir daha təsdiq edir ki, bu ölkəyə rəhbərlik edən kəsləri ölkələrinin taleyi maraqlı deyil, əks təqdirdə bu cür  ağılsız addıma yol verməzdilər. Çünki, Azərbaycan ordusu qarşısında aciz qalacaqları labüddür və bu növbəti dəfə onlara sübüt olundu. Azərbaycanın  qüdrətli ordusu mənfur düşmənin təxribatının qarşısını aldı. Ermənistanın pandemiya dövründə Azərbaycan sərhədində başladığı hərbi əməliyyatı eyni zamanda ölkəsində baş verən daxili ziddiyətləri gizlətmək cəhdi idi. Ölkə iqtisadi tənnəzül vəziyyətindədir, iqtidar-xalq arasında gərgin vəziyyət mövcuddur və artıq pafoslu sözlərin təsiri özünü doğrultmur. Lakin Ermənistan bir məqamı unudur ki, dünya bu gün işğalçı dövləti deyil, etibarlı tərəfdaş kimi tanınan, nəyinki,  öz ölkəsinin, eləcə də dünyanın rifahı naminə tövhə verən bir dövləti təqdir edəcək. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsinə ölkələr tərəfindən gələn dəstək bunun ən bariz nümunəsidir.

 Təcavüzkar tərəfin rəhbər şəxsləri, siyasi dairələr yaxşı bilirlər ki, Azərbaycan xalqı öz  haqqı, əzəli torpaqları naminə döyüşür və vətən naminə can fəda edir.  Bu hislər  erməni xalqına yad xüsusiyyətlərdir.  Mülkü şəxslərə qarşı törətdikləri  vəhşiliklər isə cinayət əməlidir və  beynəlxalq hüquqa zidd hərəkətlərdir. Ermənistan Azərbaycan ordusunun gücünü də, vətən oğullarının rəşadətini də dəflərlə görüb, əməllərinə son qoymayacaqları halda sonlarının hansı durumda olacağı barədə bir daha düşünməlidirlər.  Azərbaycan prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi : “Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.  Bu Azərbaycanın dəyişməz mövqeyidir və dünya birliyi ədalətə söykənən düzgün mövqeyi dəstəkləməli, regionda gərginliyə səbəb olan işğalçı siyasətə dur deməlidir.  Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanın qətiyyəti və düşünülmüş siyasətilə tezliklə zəfər nəğməmiz  sələnəcək,  üç rəngli müqəddəs bayrağımız  doğma torpaqlarımızda dalğalanacaqdır, çünki bizim yolumuz haqq yoludur!

 

 

DİGƏR Xəbərlər Arxiv