YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşmənin bir neçə hərbi obyekti, texnikası və 20-dən çox şəxsi heyəti məhv edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bir neçə hərbi obyektinin və texnikasının darmadağın edilməsi ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-də günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20-dən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.