YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar İskəndərov: Prezident İlham Əliyevin təşəbbüsü dünya ölkələrinin pandemiya ilə birgə mübarizəsində mühüm rol oynayacaq

“Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı qlobal mübarizədə mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün təşkilatın üzvü olan 130 ölkənin dəstəkləməsi mühüm hadisədir. Bu təşəbbüs çox böyük əhəmiyyətə malikdir”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

V.İskəndərov bildirib ki, hazırda bütün dünyanın COVİD-19 pandemiyası ilə, sözün əsl mənasında, vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsəd kimi ön plana çıxır: “Bu məqsədə nail olunmasında ölkəmiz xüsusi fəallıq göstərir, cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində koronovirus pandemiyası ilə mübarizə mövzusunda yüksək səviyyəli onlayn Zirvə görüşləri keçirilib və bu qlobal bəla ilə mübarizədə, həm də onun təsirlərinin azaldılmasında dövlətlərarası əməkdaşlığın, koordonasiyanın və həmrəyliyin rolu və əhəmiyyəti müzakirə olunub”.
Millət vəkilinin fikrincə, bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması isə dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək.
“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü zərurətdən irəli gəlir. Etiraf etmək lazımdır ki, hazırda dünyada koronavirus pandemiyası ilə mübarizə sahəsində müşahidə etdiyimiz vəziyyət o qədər də ürəkaçan deyil. Bəzən pandemiya ilə mübarizə prosesində çaşqınlıq, gərginlik müşahidə edilir, bəzi dövlətlər yalnız öz təcrübəsinə və resurslarına söykənərək bu qlobal bəlaya qalib gəlməyə çalışırlar. Lakin pandemiya qlobal xaraker daşıdığından, təbii ki, dünya dövlətlərindən həmrəyliyin nümayiş etdirilməsi və birgə səylərin göstərilməsi tələb olunur. Eyni zamanda, pandemiyaya qarşı mübarizə prosesində səhiyyə sistemlərində olan boşluqların, dövlətlərin cəmiyyətlərinə sosial və iqtisadi təsirlərin aradan qaldırılması üçün onların genişmiqyaslı dəstəyə ehtiyacı var. Və bu dəstəyə məhz çoxtərəfli əməkdaşlıq və həmrəylik sayəsində nail olmaq mümkündür. Bu baxımdan, böyük ümidlər və əminlik var ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə dünya birliyində həmrəyliyin tam bərqərar olunmasına, beynəlxalq çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhlükənin aradan qalxması üçün ən səmərəli və düzgün yolun tapılmasına xidmət edəcək”, - deyə V.İskəndərov vurğulayıb.