YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Bu cür təşkilatların bəyanatları yalnız öz maraqlarına hesablanıb

«Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərə vaxtaşırı təlimlər keçirilir. Təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində Azərbaycanı sülhə çağırmaları da bundan qaynaqlanır». Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycanın bu təşkilatın üzvü olmamağına rəğmən məhz Azərbaycanı sülhə səsləmələri düzgün deyil. Onun sözlərinə görə, işğalçı Ermənistan bu təşkilatın sıralarındadır münaqişənin həlli ilə bağlı onların hansısa bir fikir söyləmələrinə mənəvi haqları çatmır.

«Hazırki məqamda Azərbaycan ictimaiyyəti bu təşkilatın çağırışını ciddi qəbul etmir. Bütün təşkilatlar ilk öncə münaqişənin yaranma səbəblərini araşdırmalı və nəticələrə düzgün qiymət verməlidirlər. Niyə status-kvo dəyişmir? Niyə Ermənistan beynəlxalq təşkilatların qərarlarına hörmətlə yanaşmır? KTMT bu suallara cavab tapsa yaxşı olardı. Bu cür təşkilatların bəyanatları yalnız öz maraqlarına hesablanıb»- deyə, politoloq qeyd edib.

DİGƏR Xəbərlər Arxiv