YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan bu gün dünyada söz sahibidir

“Azərbaycan sabitlik adasıdır. Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamalıdır. Biz təhlükəsizliyi qoruyuruq, ölkəmizin sürətli inkişafını təmin edirik və beləliklə, Ulu Öndərin yoluna bir daha öz işimizlə, əməlimizlə sadiq olduğumuzu sübut edirik.” Bu fikirləri dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər məscidinin açılışında çıxışı zamanı söyləmişdir. 

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan bu gün dünyada söz sahibidir. Bizim beynəlxalq nüfuzumuz gündən-günə möhkəmlənir. Dünya birliyinin üzvlərinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstəyi bizə verilən səslərdə ifadə edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edibdir. Azərbaycanın regional inkişaf üçün gördüyü işlər həlledici rol oynayır. Regional təhlükəsizlik, əməkdaşlıq, regional məsələlərin həlli – bunlar bizim bu bölgədə ümumi işimizə verdiyimiz töhfələrdir.