YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Financial News”: Azərbaycan MDB məkanında yeniliyə imza atıb

Britaniyanın xəbər portalı “Financial News” “Azərbaycan Hava Yolları”nın (AZAL) “Boeing 787-Dreamliner” təyyarəsini almasından bəhs edib.
Xəbərdə qeyd olunur ki, Azərbaycanın milli aviadaşıyıcısı MDB məkanında bu təyyarəyə sahib olan ilk hava yolu şirkətidir.
Portal, həmçinin AZAL-ın prezidenti Cahangir Əsgərovun fikirlərinə də yer verib, yeni təyyarənin şirkətin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına kömək göstərəcəyini qeyd edib.
“Boeing” şirkətinin Orta Şərq, Rusiya və Mərkəzi Asiya satışları üzrə vitse-prezidenti Marti Bentrott AZAL-ın bu təyyarəni almağına, öz marşrutunu və biznes imkanlarını genişləndirməsinə şad olduğunu bildirib.
Xəbərdə “Azərbaycan Hava Yolları” haqqında məlumat verilir, aviadaşıyıcımızın 20-dən çox beynəlxalq istiqamətdə uçuşlar həyata keçirdiyi diqqətə çatdırılır.

DİGƏR Xəbərlər Arxiv