YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsən: Cərimələrin artırılması vətəndaşların sosial məsuliyyətini də artıracaq

“Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı sistemli şəkildə mübarizə aparır. Bu istiqamətdə dövlətimiz üzərinə düşən bütün vəzifələri yerinə yetirməkdədir. Görülən işlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarətindədir”. Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.

Ramil Həsən bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında koronavirus pandmemiyasına qarşı mübarizə tədbirləri haqqında geniş şəkildə fikirlərini ifadə edib. Çıxışında dövlətin üzərinə düşdüyü vəzifələrə toxunan cənab Prezident bir daha qeyd edib ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması   hər şeydən öndədir. Bununla belə bəzi vətəndaşlarının məsuliyyətsizliyi ciddi narahatlıq doğurur. Çünki karantin rejimi yumşaldıldıqdan sonra virusa yoluxma hallarının sayı artıb. Bir müddət öncə Operativ Qərargah tərəfindən müvafiq yerlərdə tibbi maskadan istifadənin məcburiliyi haqqında qərar qəbul olunub. Eləcə də, Milli Məclis bu qaydaları pozanlara cərimələrin tətbiq olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib. Təəssüflər olsun ki, vətəndaşların bir çoxu bu qaydalara əməl etmirlər. Dövlətimizin başçısı çıxışında onu da bildirib ki, ictimaiyyət dövlətin gördüyü işlərə dəstək verməli, eyni zamanda qaydalara pozanlara, məsuliyyətsiz insanlara ictimai qınaq olmalıdır.

Millət vəkilinin sözlərinə görə, hər kəs gigiyenik qaydalara əməl etməli, tibbi maskalardan istifadə olunmalı, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlamalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, vacib işi olmadığı halda evdə qalmalıdır.

“Təəssüf ki,  son günlər ölkəmizdə koronavirusa yoluxanların sayının xeyli artması cərimələrin məbləğinin yüksəldilməsini də zərurətə çevirir. Ona görə ki, bir çox vətəndaşlar bu təhlükəyə laqeydliklə yanaşırlar. Tibbi maskadan istifadə edilməsi zəruri olan yerlərdə ondan düzgün istifadə etmirlər. Metroya daxil olarkən tibbi maskanı taxır, amma içəri daxil olduqdan sonra onu çıxarıb ciblərinə qoyurlar. Bu kimi hallar xoşagələn deyil.  Özümüzün, yaxınlarımızın və bütün cəmiyyətimizin təhlükəsizliyinin və sağlamlığının qorunması üçün  qaydalara əməl etmək həyati əhəmiyyət kəsb edir. Bu qaydalara hamılıqla əməl etməliyik ki, koronavirus bəlasından xilas olaq və əvvəlki kimi  normal həyat tərzinə tezliklə qovuşa bilək. Amma görünən budur ki, cərimələrin aşağı olması insanların sosial məsuliyyətini azaldır. Cərimələr artırılarsa, insanlar məcbur olacaqlar ki, tibbi maskalar taxsınlar, qaydalara əməl etsinlər. Azərbaycanda cərimələrin müəyyən qədər artırılması əlbəttə ki, vətəndaşlarımızın karantin rejimi qaydalarına riayət etməsinə yeni bir təkan verə bilər. Dünyanın bir çox ölkələrində cərimələr Azərbaycanla müqayisədə dəfələrlə yüksəkdir.  Əlbəttə, cərimə məbləğinin artırılması vətəndaşı cəzalandırmaq məqsədi daşımır, əksinə, onun sosial məsuliyyətinin yüksəlməsinə, intizamın artmasına xidmət edir. Analoji qaydalar digər ölkələrdə, o cümlədən qonşularımız Türkiyədə, Rusiyada və Gürcüstanda da tətbiq edilmiş və müsbət nəticə verib. Türkiyədə karantin rejiminin pozulması, o cümlədən maska taxmamağa görə cərimələrin məbləği 370-3000 lirə arasında dəyişir, Gürcüstanda karantin rejiminin pozulmasına görə fiziki şəxslər 2 min lari (670 dollar), hüquqi şəxslər 10 min lari (3300 dollar) cərimə olunur. Rusiyada isə karantin rejiminin pozulmasına görə fiziki şəxslər 15 mindən 40 min rubla qədər (214 və 570 dollar), hüquqi şəxslər 150 min-500 min rubl (2152 və 7150 dollar), maska taxmamağa görə fiziki şəxslər 5000 rubl (120 manat) məbləğində cərimə olunurlar. Şübhəsiz ki, koronavirusla mübarizədə təşkilati-institusional tədbirlərlə yanaşı, vətəndaş məsuliyyətini artıran cərimə və nəzarət tədbirlərinin gücləndirilməsinin də əhəmiyyəti böyükdür”-deyə, R.Həsən vurğulayıb.

Deputatın fikrincə, Azərbaycan hökuməti cərimələrin artırılması ilə bağlı təklifləri dəyərləndirməli, əgər belə bir qnun layihəsi parlamentə təqdim olunarsa millət vəkilləri bu sənədi dəstəkləməlidir.