YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunu təltif edib

Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncama əsasən, bir nəfərə general-polkovnik, iki nəfərə general-mayor, bir nəfərə kontr-admiral hərbi rütbəsi verilib.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə isə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər də təltif olunub. Belə ki, 3 nəfər “Azərbaycan Bayrağı”, 5 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 17 nəfər “Vətən uğrunda”, 9 nəfər “İgidliyə görə”, 25 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.