YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Azərbaycan regionda aparıcı dövlətlərdən biri kimi beynəlxalq aləmdə təhlükəsizliyə töhfə verən ölkələrdən birinə çevrilib

“Avropanın enerji təhlükəsizliyinin formalaşmasına yaxından töhfə verən Azərbaycanın həyata keçirdiyi siyasət, eyni zamanda, regionda sülhün bərqərar olmasına dəstək kimi qiymətləndirilməlidir”. Bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin məqsədi Azərbaycanın regional mövqeyinin daha da yaxşılaşdırılması, gücləndirilməsi, həmçinin ölkəmizin regional və qlobal proseslərdəki rolunun artmasına nail olmaqdan ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurası ölkələrinin zirvə görüşü və Qoşulmama Hərəkatına üzv dövlət və hökümət başçılarının iştirakı ilə keçirilən videokonfrans dövlətimizin başçısına inamın göstəricisidir. Ölkə başçısının göstərişi ilə Azərbaycan 30-dək ölkədə pandemiyanın təsirlərinin aradan qaldırılması üçün maliyyə dəstəyini nümayiş etdirib. Bu da Azərbaycanın iqtisadi gücünü göstərən amillərdən biridir.

Ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığını davam etdirdiyini deyən deputat diqqətə çatdırıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Asiya İnkişaf Bankının rəhbərləri ilə keçirilən görüşdə Azərbaycanda aparılan islahatlar, pandemiyayadək görülən işlər, eləcə də pandemiya dövründə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

 “Azərbaycan ortamiqyaslı ölkə olaraq regional və qlobal təhlükəsizliyə töhfə verməyə çalışan dövlətlərdən hesab edilir. Bu da ondan xəbər verir ki, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşan siyasət Azərbaycanın regional və beynəlxalq aləmdə mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxarıb. Bu, ölkəmizin mövcud iqtisadi və siyasi gücü kontekstində regional proseslərə daha yaxından təsir etməsi, xüsusən də region, o cümlədən qitə üçün vacib layihələrin reallaşdırılması deməkdir. Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət, regional və qlobal təhlükəsizliyə töhfə verilməsinə ünvanlanan addımlar ölkəmizin mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycan regionda aparıcı dövlətlərdən biri kimi beynəlxalq aləmdə təhlükəsizliyə töhfə verən ölkələrdən birinə çevrilib”-deyə, deputat qeyd edib.