YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə «İnkişafın 10 ili: 2004-2014» mövzusunda konfrans keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə «İnkişafın 10 ili: 2004-2014» mövzusunda konfrans keçirilib. Konfransda dövlət və hökumət nümayəndələri, YAP-ın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini–İcra katibi, Baş nazirin müavini Əli Əhmədov konfransın əlamətdar bir gündə keçirildiyini nəzərə çatdıraraq deyib ki, dekabrın 24-ü Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. O, bu əlamətdar gün münasibəti ilə Prezident İlham Əliyevi tədbir iştirakçıları və çoxminli YAP üzvləri adından təbrik etmişdir.

Əli Əhmədov bildirib ki, son 10 il Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaq bir dövr olmuşdur. Onun sözlərinə görə, bu dövrdə Azərbaycan dünyada bənzəri olmayan iqtisadi inkişafa nail olmuş, beynəlxalq arenada nəinki siyasi müstəqilliyini qoruyub saxlamış və möhkəmləndirmiş, hətta BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzü seçilmişdir: «Bütün bu nailiyyətlər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Bu uğurlu siyasətin əsasını isə Heydər Əliyevin ideyaları təşkil etmişdir. Azərbaycan xalqı baş verən müsbət dəyişiklikləri birbaşa öz həyatında hiss edir. Artıq Azərbaycan vətəndaşları azadlığın yalnız obyektiv həqiqət deyil, real imkanlardan ibarət olduğunu başa düşürlər. Daha yaxşı yaşamaq, həyat səviyyəsini yüksəltmək, yüksək səviyyəli təhsil almaq və bu kimi digər imkanlardan istifadə edən insanlar, bu imkanların Prezident tərəfindən yaradıldığını bilir və qiymətləndirirlər. Bugünkü sabitlik və iqtisadi inkişaf üçün Ümummilli lider Heydər Əliyev böyük əmək sərf etmişdir».

Perspektiv məsələlərdən də danışan Əli Əhmədov bildirib ki, növbəti illərdə də  Azərbaycan dövlətinin qarşısında böyük işlər dayanır. «Qarşıdakı illərdə də  iqtisadi rəqabət qabiliyyətinin, insanların rifah halının və həyat şəraitinin daha da yüksəldilməsi nəzərdə tutulmuşdur. Bu işlərin həyata keçirilməsi üçün yeni dövlət proqramları qəbul edilərək, inkişafın yeni mərhələsinin tələblərinə uyğun qaydada icra olunacaqdır»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Konfransda, həmçinin, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov geniş məruzə ilə çıxış edərək son illərdə qazanılmış naliyyətlərdən bəhs ediblər.

 

DİGƏR Partiya xəbərləri Arxiv