YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP GB-nin region sədrlərinin iştirakı ilə videokonfrans formatında müşavirəsi keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin region sədrlərinin iştirakı ilə videokonfrans formatında müşavirəsi keçirildi.

Müşavirədə Kürdəmir, İmişli, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Lerik, Saatlı, Yardımlı, Sabirabad rayon təşkilatlarının Gənclər Birliklərinin sədrləri iştirak etdi.

 Müşavirədə çıxış edən Milli Məclisin deputatı, YAP GB-nin sədr müavini Ramin Məmmədov respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu vurğulayaraq, Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini, ötən altı ay ərzində siyasi, iqtisadi, mədəni və s. yönümlü tədbirlər keçirərək, gənclərin hərtərəfli inkişafına töhfə verdiyini, eyni zamanda koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərdə YAP gənclərinin xüsusi fəallığını  diqqətə çatdırdı.

Videokonfransda çıxış edən Gənclər Birliklərinin sədrləri hesabat dövründəki fəaliyyətlərini partiya rəhbərliyinin tövsiyə və tapşırıqları istiqamətində quraraq, ölkə Prezidentinin siyasi xəttini dəstəklədiklərini, Azərbaycan gəncliyinin hərtərəfli istiqamətdə inkişafı üçün müxtəlif tədbirlər həyata keçirdiklərini, pandemiya ilə əlaqədar görülən işlərdə yaxından iştirak etdiklərini bildirdilər.

Sonda videokonfrans iştirakçılarına qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verildi.

Qeyd edək ki, YAP Gənclər Birliyinin sədrləri ilə keçirilən videokonfrans silsilə xarakter daşıyır.

DİGƏR Partiya xəbərləri Arxiv