YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Cümhuriyyətin qurucularının həyata keçirə bilmədiyi arzuları Azərbaycan Respublikası həyata keçirmışdir

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Respublika günü münasibəti  ilə paylaşım etmişdir. Mövzunun aktualığını nəzərə alaraq onu oxucularımıza təqdim edirik. 
- Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın müstəqillik tarixinin şanlı səhifəsini təşkil edir. Onun ideyaları milli müstəqillik məfkurəsinə çevrilərək xalqımızın azadlıq mübarizəsində mühüm rol oynayır.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olmuş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin baş nazirləri Fətəli Xan Xoyski və Nəsib bəy Yusifbəylinin, ilk Milli Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun, Müvəqqəti Milli Şuraya rəhbərlik etmiş Məhəmməd Əmin Rəsulzadənin və Cümhuriyyətin digər qurucularının xatirəsini böyük ehtiramla yad edir.
Cümhuriyyətin elan olunduğu 28 may Respublika günü kimi qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisidir. Cümhuriyyətin qurucularının həyata keçirə bilmədiyi arzuları Azərbaycan Respublikası həyata keçirmışdir. Bu arzuların ən möhtəşəm təcəssümü güclü, inkişaf edən, qüdrəti daim artmaqda olan Müstəqil Azərbaycandır.
Respublika Günü münasibətilə hər birinizi təbrik edirəm.
 

DİGƏR Xəbərlər Arxiv