YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropada “qara qutu” qaydaları sərtləşdirilə bilər

“BBC”nin məlumatına görə, bu ilin mart ayında Pekin marşrutu üzrə istiqamət alan Malayziya hava yolları şirkətinə məxsus təyyarənin göyərtəsindəki 239 nəfərlə birlikdə itkin düşməsi Avropanın aviasiya mütəxəssislərini yeni təhlükəsizlik tədbirləri irəli sürməyə vadar edib. Ekspertlərlər su altında olan təyyarələrin “qara qutularından” siqnal ötürücülük müddətinin 30 gündən 90 günədək artırılmasını təklif edirlər. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi marşrutlarının böyük hissəsi okean üzərindən keçən iritutumlu təyyarələrin qəza hallarında tapılmasını asanlaşdırmaq üçün yeni siqnal ötürücüsü ilə təchiz olunması təklifini irəli sürüb. Həmçinin, təklifdə pilot kabinindəki cihazın minimum səs yazma müddətinin 2 saatdan 20 saata qədər artırılması tövsiyyəsi də var. Nəzərdə tutulan yeniliklər itən təyyarələrin tapılmasını və təyyarə ilə bağlı qeydə alınan məlumatların bərpasını asanlaşdırmaq məqsədi daşıyır.