YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya XİN: Tutulub saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı məsələlər daim danışıqların gündəliyindədir

Azərbaycan və Ermənistan ərazilərində tutulub saxlanılan şəxslərin dəyişdirilməsi və onların vəziyyətinin yüngülləşdirilməsi ilə bağlı məsələlər daim Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gündəliyində olur.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə Moskvada keçirdiyi brifinqdə danışıb.

O deyib: “Məsələn, keçən il Moskvada məhbusların qohumları tərəfindən onlara baş çəkilməsi haqqında qərar qəbul edilmişdi. Sonra Azərbaycan və Ermənistan hərəsi bir əsiri qaytardı və ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə başqa məhbusların taleləri barədə məsləhətləşmələr davam edir. Biz həmin məsləhətləşmələrin gedişini diqqətlə izləyəcəyik”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə çıxış edib. O bildirib ki, Azərbaycan tərəfi əsirlərin və girovların “hamısını hamısına” prinsipi üzrə dəyişdirilməsinə tərəfdardır.