YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının layihəsi müzakirə olunub

Dekabrın 22-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyində QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı»nın (2014-2025-ci illər) layihəsi müzakirə olunub.

ƏƏSMN-dən verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursu sayəsində böyük inkişaf yoluna çıxan, 2003-cü ildən Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində sürətli tərəqqi dövrünü yaşayan Azərbaycanda demoqrafik proseslərin də müsbət məcrada davam etdiyini vurğulayıb: “Son 20 ildə ölkəmizdə əhalinin sayı 26 faizdən də çox artaraq 9,5 milyonu ötüb. Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi respublikada körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb. Doğulanda gözlənilən ömür uzunluğu isə 4,6 il artaraq 74,2 yaşa çatıb. Ölkədə son 10 il ərzində doğum səviyyəsi hər min nəfərə 13,9-dan 18,6-ya qalxıb. Bu gün əhalinin təbii artımının 1,3 faiz olduğu Azərbaycan bu sahədə Avropada ən yaxşı göstəriciyə malikdir”.

Nazir cari ilin sentyabrında ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanan Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun digər sahələrdə olduğu kimi, yeni qanunvericilik layihələrinin təkmilləşdirilməsində də vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa şərait yaratdığını qeyd edib: “Bu görüş də əməkdaşlığımızın davamı olaraq, demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının layihəsi ilə bağlı birgə müzakirələrə həsr olunub. Burada vətəndaş cəmiyyətləri tərəfindən ifadə olunacaq rəy və təkliflərin bu layihənin təkmilləşdirilməsində öz rolunu oynayacağına əminəm”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ƏƏSMN-nin öz fəaliyyətinin bütün sahələrində vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq etməsini yüksək dəyərləndirib. O, adıgedən Memorandumun ölkəmizdə dövlət orqanları ilə QHT-lər arasında ilk əməkdaşlıq sənədi olduğunu və bu sənəddən irəli gələn məsələlərin həlli ilə bağlı ƏƏSMN tərəfindən lazımi işlərin aparıldığını vurğulayıb.

Daha sonra «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» layihəsi təqdim olunub, layihə ilə bağlı rəy və təkliflər səsləndirilib.

 

DİGƏR Xəbərlər Arxiv