YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Qarşıda duran ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaqdır

«Bu gün qarşıda duran ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir». Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi də vacib məsələdir. Onun sözlərinə görə, bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
«Ümumtəhsil məktəblərində kurrikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq, həmçinin ali təhsil müəssisələrində elmi tədqiqatların genişləndirilməsi üçün maliyyə resurslarının müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. Hazırda ali təhsil müəssisələrindəki elmi fəaliyyəti əlaqələndirən müvafiq şuranın yaradılmasına və dünya səviyyəli elmi araşdırmaların çərçivə standartlarını müəyyənləşdirməyə ehtiyac duyulur»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv