YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Əsgərov: Müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirir

«Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla  davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi  Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz «Bakı-Tbilisi-Qars» və «Şimal-Cənub» beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir». Bu fikirləri yap.org.az saytına «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov deyib. 

A.Əsgərov bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə ciddi yanaşır. Onun sözlərinə görə, bu yöndə,  XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir.

«Hazırda ümumi uzunluğu 4,4 km olan və Gürcüstanla Türkiyə Respublikasını birləşdirəcək tunelin Türkiyə ərazisində olan hissəsinin tikintisi başa çatdırılmışdır. Gürcüstan ərazisində tunelin uzunluğu 2070 metrdir. Tunelin Gürcüstan ərazisində olan hissəsinin tikintisi davam edir. Qeyd edək ki, bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə buraxılması gözlənilir, 2015-ci ildən isə dəmir yolunun tam istismara verilməsi planlaşdırılır»- deyə, A.Əsgərov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv