YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: Dövlətimiz hər zaman öz vətəndaşının yanındadır

“Hazırda bütün dünya qlobal problem olan koronavirus pandemiyası ilə mübarizə aparır. Koronavirus sosial-iqtisadi sahədə böyük çətinliklər yaratmaqla yanaşı, insanların gündəlik həyatına da mənfi təsir göstərib. Virusa qarşı mübarizə artıq dünyanın birləşərək qüvvələri səfərbər etməsini tələb edir”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

M.Məmmədov bildirib ki, hazırda hər bir dövlət pandemiya ilə mübarizəyə səfərbər olunub. Azərbaycan dövləti də öz vətəndaşını harada yaşamasından asılı olmayaraq qorumaq üçün bütün zəruri tədbirləri görür.  Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərərin təsirlərini azaltmaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Bu tədbirlərin əsasında insan, onun rifahı və  sosial müdafiəsi dayanır. M.Məmmədov deyib ki, AZərbaycanın koronavirusla mübarizə tədbirləri dünya ölkələri üçün nümunədir. Bunu həm Ümumdünya Səhiyyə Təşkilatının rəhbrinin, həm də ayrı-ayrı ölkələrin rəsmilərinin ölkəmizin apardığı mübarizəni yüksək qiymətləndirmələri də təsdiqləyir.

“Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, yaşadığımız pandemiya dövrünə baxmayaraq, həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının artırılması istiqamətində məsələlər tam həyata keçiriləcək. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni mənzillər verilməsinə başlanacaq, həmçinin müharibə əlillərinə avtomobillərin verilməsi işləri davam edəcək. Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi qərara alınıb. Elektrik enerjisindən istifadədə limit artırılıb. Cənab Prezidentin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirilməsi işləri davam edir. Dövlət başçısının tapşırığı ilə ödənişli ictimai işlər proqramı da genişləndirilir. Pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunur. Bütün bunlar onu göstərir ki, dövlətimiz hər zaman öz vətəndaşının yanındadır”-deyə, deputat qeyd edib.