YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Əhali bundan sonra da qaydalara riayət etsə, biz bu xəstəlikdən qurtula bilərik

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, ölkədə hələ də koronavirus infeksiyasının yayılması prosesi davam edir.

O, martın sonu və aprelin əvvəlində bu virusa yoluxanların sayında artım olduğunu bildirib. Qeyd edib ki, karantin rejiminin tətbiqi ilə vəziyyət nəzarətə götürülüb. Vətəndaşlar qaydalara maksimum riayət ediblər. Xəstələr vaxtında nəzarətə götürülməsəydi, bu prosesdə ağırlaşdırıcı hal yaşana bilərdi. Amma ciddi karantin tədbirləri ölkəmiz üçün əhəmiyyətli oldu. Diaqnostik testlərin sayı da çox oldu. Dövlət üzərinə düşən bütün tədbirləri gördü. Əhali bundan sonra da qaydalara riayət etsə, biz bu xəstəlikdən qurtula bilərik. Karantin yumşaldıqdan sonra yoluxma halları artarsa, karantin rejimi yenidən sərtləşdirilə bilər. Artıq rayonların 25 faizində fəal ocaqlar ləğv edilib. Davranış qaydalarında əsasən sosial izolyasiya, şəxsi qidalanma və gigiyenalara nəzarət etsək, nailiyyətlərimiz daha çox olacaq.