YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları aztəminatlı ailələrə ərzaq yardımı aksiyasını davam etdirir

Xəbər verildiyi  kimi, aprelin 14-də Yeni Azərbaycan Partiyası tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı aksiyasına start verilib.

Aksiya çərçivəsində ilk olaraq 14-17 aprel tarixlərində Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda qayğıya və sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.
Aprelin 20-dən  isə aksiyanın respublikanın digər şəhər və rayonlarında davam etdirilməsinə başlanılıb. Aksiya bu həftənin sonuna qədər davam edəcək.
Həmin ailələrə zəruri ərzaq yardımları Yeni Azərbaycan Partiyasının könüllüləri tərəfindən çatdırılır.
Qeyd edək ki, dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında sistemli tədbirlər həyata keçirilir.
Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub. Partiyanın bütün strukturları əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər.
Eyni zamanda, Yeni Azərbaycan Partiyası “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə təxminən 500 min manat ianə edib, "Sağlamlığımız milli həmrəyliyimizdədir!" aksiyası həyata keçirib.
Hazırda isə Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə martın 27-dən etbarən yaşı 65-dən yuxarı olan tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərir.