YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ombudsman: Ötən il ərzində də qadın hüquqlarının təmin edilməsi xüsusi diqqətdə saxlanıb

Ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsi ilə bağlı təkliflər ölkə rəhbərliyinin qəbul etdiyi normativ-hüquqi aktlarda nəzərə alınıb.

Bunu ombudsman Səbinə Əliyeva Milli Məclisin iclasında təqdim etdiyi illik məruzədə bildirib.

Ombudsman qeyd edib ki, ötən il ərzində də qadın hüquqlarının təmin edilməsi xüsusi diqqətdə saxlanıb, müraciətlərə operativ reaksiya verilib. Məruzə dövründə uşaq hüquqlarının qorunması, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin təmin olunması da əsas istiqamətlərdən olub. Ombudsmanın işgəncələrə qarşı milli preventiv mexanizm kimi fəaliyyəti ilə əlaqədar olaraq ötən dövrdə azadlıqdan məhrumetmə yerlərinə, istintaq təcridxanalarına başçəkmələr həyata keçirilib, konfidensiallıq gözlənilməklə şəxslər təkbətək dinlənilib, onların müraciətləri xüsusi diqqətə alınaraq bununla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilib.