YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdab rayonunun 80 yaşlı sakini: Cənab Prezident, əminəm ki, xalqımız bu zəhmətinizi heç vaxt unutmayacaq

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu göndərən vətəndaşlar arasında Zərdab rayonunun Qoruqbağı kəndinin 80 yaşlı sakini Mustafa Mustafayev də var. O, məktubunda yazır: “Hörmətli cənab Prezident, mənim 80, həyat yoldaşımın isə 68 yaşı var. Karantin rejiminə əməl edərək evdən çıxmırıq. Təqaüd və müavinətlər alsaq da, heç bir maddi sıxıntımız olmasa da, bu günlərdə xüsusi diqqət və qayğı ilə əhatə olunmuşuq. Tez-tez ərzaq yardımı, müxtəlif hədiyyələr alırıq. Cənab Prezident, dövlətimizin qərarları bizim üçün qanundur. Allah tezliklə bu bəlanı ölkəmizin başının üstündən yox etsin. Sizin əməyiniz qarşısında baş əyir, xalqımızın bu zəhmətinizi heç vaxt unutmayacağına əminəm. Çünki bilirəm ki, bu əməyi, bu zəhməti unudan Allahı unudar. Allah Sizi Azərbaycan xalqına çox görməsin!”.

DİGƏR Xəbərlər Arxiv