YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçından məcburi köçkün Prezidentə minnətdarlıq edir: Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb

Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb.

Bu fikir Laçın rayonundan məcburi köçkün Pəhlivan Məmmədovun Prezident İlham Əliyevə minnətdarlıq məktubunda qeyd olunub. O yazır: “Möhtərəm Prezidentimiz, Dağlıq Qarabağ münaqişəsi səbəbindən 1992-ci ildən doğma yurdumdan köçkün düşərək ailəmlə birlikdə Ağcabədi rayonu ərazisində məskunlaşmışam. Mənfur düşmənlərimizin xəyanəti nəticəsində el-obamızı itirsək də, heç vaxt çətinlik görməmişik. Çünki Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb. Hazırda Laçın Rayon Baytarlıq İdarəsində baytar həkim işləyirəm. Bu günlərdə ailəmiz dövlətimiz tərəfindən yeni evlə təmin olundu. Bu, Sizin, dövlətimizin xalqa daimi qayğınızın bariz nümunəsidir. Cənab Prezident, ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Allah Sizi qorusun, ölkəmizi bütün bəlalardan hifz eləsin!”.

DİGƏR Xəbərlər Arxiv