YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İƏT-in İcraiyyə Komitəsinin Xarici İşlər nazirləri səviyyəsində iclası keçiriləcək

Aprelin 22-də Türkiyənin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin Xarici İşlər Nazirləri səviyyəsində videokonfrans vasitəsilə təcili iclası keçiriləcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, toplantıda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə istiqamətində İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.