YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Robert Sekuta ABŞ-ın Azərbaycandakı səfiri oldu

ABŞ Senatı Robert Sekutanın ölkənin Azərbaycanda yeni səfiri vəzifəsinə namizədliyini təsdiq edib. Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Ceyms Uorlik öz “twitter” səhifəsində yazıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi məmnunluqla bildirir ki, dekabrın 16-da ABŞ Senatı R.Sekutanın ABŞ-ın Azərbaycandakı növbəti səfiri vəzifəsinə sürülmüş namizədliyini təsdiq edib: "Biz cənab Sekutanın Azərbaycana gəlişini və onu Azərbaycan hökuməti və xalqı ilə birgə Azərbaycanda alqışlamağımızı səbirsizliklə gözləyirik. Səfir təyinatı almış Sekutanın Azərbaycana gəlmə tarixi müəyyən deyil, tarix bəlli olanda məlumatı paylaşacağıq".