YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycana yönəlmiş, sabitliymizi pozmaq istəyən qüvvələrə qarşı vahid cəbhədə birləşməliyik

«Azərbaycanda dini və etnik zəmində tolerantlıq və sabitliyi qorumalıyıq. Azərbaycana yönəlmiş, sabitliymizi pozmaq istəyən qüvvələrə qarşı vahid cəbhədə birləşməliyik». Bu fikri Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" movzusunda birgə təşkil edilən konfransda çıxışı zamanı deyib.

B.Muradova bildirib ki, bu sahədə müvafiq dövlət qurumu ilə vətəndaş cəmiyyəti arasında münasibətlərin gücləndirilməsi, bu sahədə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməsi çox səmərəli olacaq.

«Həm dini icmalarda, həm də qeyri-hökumət təşkilatlarında bu işləri lazımi səviyyədə görə biləcək insanlar var. Çünki bizi narahat edən məsələlər bizdən nə qədər uzaq olsa da, bizə yaxınlaşmaqdadır. Ona görə də həmin problemləri həll etməyə hazır olmalıyıq»- deyə, vitse-spiker vurğuayıb.

DİGƏR Xəbərlər Arxiv