Xəbərlər
Yeni Azərbaycan Partiyasının könüllüləri bu gün ehtiyacı olan ailələrə ərzaq yardımı paylayıblar

Ölkəmizdə qlobal problem olan koronavirusa qarşı dövlətimizin həyata keçirdiyi tədbirlərə ilk gündən qoşulan təşkilatlardan biri də Yeni Azərbaycan Partiyasıdır. Partiyanın bütün rayon təşkilatları rayon ərazisində yaşayan əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək edirlər.
YAP könüllüləri bu insanlara məmnuniyyətlə dezinfeksiyaedici məhlullardan, maskalara, kommunal problemlərin həllindən ərzaq yardımına, dərmana ehtiyacı olandan e.sosial.da qeydiyyata düşməyə qədər kömək göstərirlər. Bugündən başlayaraq, həftənin sonunadək Partiyanın fəal könüllü gəncləri aztəminatlı ailələrə Partiya tərəfindən növbəti dəfə hazırlanmış zəruri ərzaqların çatdırıkmasına başladılar. İndiyədək üç yüzdən çox ailəyə qeyd olunan yardımlar olunubdur.