YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: YAP-ın Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi onun bələdiyyə seçkilərində qələbəsini şərtləndirir

«Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə tam ictimai-siyasi sabitlik yaradılıb, iqtisadiyyatın bütün sahələrinin inkişafı təmin edilib». Bu fikri Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, regionların və Bakı şəhərinin rayon və qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində həm bölgələrin inkişafı təmin edilib, həm də əhalinin məşğulluq problemi həll edilib. Onun sözlərinə görə, bu inkişaf Nizami rayonundan da yan keçməyib.

«Onlarla yeni məktəb, uşaq baxçası, səhiyyə və mədəniyyət obyektləri əsaslı təmir olunaraq sakinlərimizin istifadəsinə verilib. Yerli məsələlərin həllində bələdiyyələr də yaxından iştirak edir. YAP-ın Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi onun bələdiyyə seçkilərində qələbəsini şərtləndirir. Qeyd edim ki, YAP Nizami rayon təşkilatı tərəfindən irəli sürülmüş 34 namizədin 20 faizini qadınlar, 50 faizini isə gənclər təşkil edir.  Namizədlərin təbliğat kampaniyası ilə əlaqədar yerlərdə seçicilərlə görüşlər keçirilir. Ümumiyyətlə, seçicilərlə görüşlərdən belə nəticəyə gəlirik ki, insanlar bu seçkilərdə də YAP-ın namizədlərinə etimad göstərəcəklər. Çünki YAP inkişaf və tərəqqi partiyasıdır»- deyə, S.Vəliyeva vurğulayıb.