YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: İnsan haqları geopolitik maraqlardan irəli gələrək gündəmə çıxmamalıdır

«Amerikanın hazırki vəziyyətində ABŞ Dövlət Departamentinin az qala dünya məhkəməsi kimi çıxış etməsi, təkcə ölkəmizdə deyil, eləcə də dünyanın müxtəlif nöqtələrində kəskin qınaqla qarşılanır və pislənilir».  Bu fikirləri Milli Məclisin deputatı  Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, Azərbaycanda baş verən proseslərə obyektiv münasibət göstərən hər bir dövlətə və beynəlxalq quruma hörmətlə yanaşılır. Onun sözlərinə görə, amma insan haqları özəl niyyətlərdən, geopolitik maraqlardan, müxtəlif iqtisadi proseslərdə öz mənafeyini güdməkdən irəli gələrək gündəmə çıxarılmamalıdır.

«Ümumiyyətlə, Azərbaycanda istənilən ölkənin həqiqi marağını müəyyənləşdirəcək testlər var. Onlar da indiyədək olan dövrdə açıq şəkildə ortaya qoyulub. Hesab edirəm ki, bizim ABŞ-ın daxili həyatında olan problemləri qabartmaqda məqsədimiz bu ölkələri insan hüquqlarına riayət etməyən, insan haqlarına, siyasi azadlıqlara münasibəti çox kəskin, mənfi olan dövlət obrazında çıxarmaq deyil. Azərbaycan proseslərə obyektiv yanaşır və hamıdan da obyektivlik tələb edir. Ən önəmli məsələ, dövlətlərin bütövlükdə iradəsini qiymətləndirmək, onların keçdiyi yolu dəyərləndirmək, tarixi gerçəkləri görmək və fundamental problemlərə münasibət göstərməkdir. Əgər bu baş verəcəksə, bu artıq  ölkələrarası münasibətlərin daha yaxşı xarakterdə inkişafına yol açacaq”»- deyə, Z.Oruc qeyd edib.