Xəbərlər
YAP Bərdə rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı seçicilərlə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı seçicilərlə növbəti görüş keçirilib. Görüşdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov və seçki qərərgahının üzvləri iştirak ediblər. Tədbiri YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq bələdiyyə seçkiləri ilə bağlı rayon təşkilatının gördüyü işlərdən danışıb.