YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: ABŞ demokratiya və insan hüquqları pərdəsi altında öz məqsədlərini həyata keçirir

«ABŞ-da insanlara edilən işgəncərlər dünyanın hər bir yerində müzakirələrə yol açıb». Bu fikri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov  Milli Məclisin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, ABŞ-ın demokratiya, insan hüquqları, söz, fikir azadlığı pərdəsi altında öz məqsədlərini həyata keçirir. Onun sözlərinə görə, bu dövlətdə insan haqlarının pozulmasını biz yox, məhz ABŞ Konqresi deyir. Onun sözlərinə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi, həm də vitse-prezidenti də etiraf edir ki, terrorun qarşını almaq üçün işgəncələrə əl atmışıq.

«O zaman ortaya sual çıxır ki, ərazisinin 20 faizindən çoxunu itirən, eləcə də 1 milyondan çox qaçqını olan, ərazisində terror hadisələri baş verən ölkədə kimisə bu və ya digər şəkildə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə niyə narahat olursunuz? Okeanın o tayında baş verən hansısa hadisəni araşdırmaq üçün yol qət edirlər, ancaq Azərbaycan öz ərazisində hansısa terrorun qarşısını ala bilməz? Niyə bizə dərs öyrətməyə çalışan «Freedom House» və digər  təşkilatların səsi çıxmır? Avropa dövlətlərində Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə insanlara qarşı verilən işgəncələrlə bağlı bəyanat yaymırlar?”” – deyə YAP İcra katibinin müavini vurğulayıb.

S.Novruzov qeyd edib ki, tarix boyu Teymurləngi işgəncə verən şəxs kimi qələmə veriblər: “Lakin Teymurləng ABŞ-dakı işgəncələrlə müqayisədə demokratdır. Həm də bu məlum olub ki, ABŞ-ın işgəncə verdiyi insanların əksəriyyəti günahsız olub. Bəs bu kimi hallara kim cavab verəcək? Niyə həmin insanlar məsuliyyətə cəlb olunmur? Budur onların demokratiyası? Adətən, ABŞ-da Şükran bayramında hind quşunun soyqırımı gedir. İndi isə vəziyyət tamamilə dəyişib, qaradərililərin soyqırımına başlayıblar. Artıq 80-nə yaxın insan dünyasını dəyişib»- deyə, millət vəkili vurğulayıb.