YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Müəyyən dairələr Azərbaycanda süni ajiotaj yaratmağa çalışır

“Bu gün müəyyən dairələr Azərbaycanda süni ajiotaj yaratmağa çalışır. Daha çox bu məsələ xaricdən qaynaqlanır. Onlar neftin qiymətinin aşağı düşməsindən öz məqsədləri üçün istifadə etməyə cəhd edirlər”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür. Onun sözlərinə görə, amma xaricdə oturanlar bu amildən ictimai rəyi çaşdırmaq üçün istifadə edir.

“Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalı, dövlət tərəfindən lazımi tədbirlər görüləcək. Hər zaman ən təhlükəli məqamlarda dövlət öz xalqının yanında olub. Cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, təşvişə ehtiyac yoxdur. Bir neçə adamın yanlış fikirlərinə  uymamalıdırlar”-deyə, YAP İcra katibinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv