YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Əmanətlərin sığortalanması məsələsi çox aktualdır

“Əmanətlərin sığortalanması məsələsi çox aktualdır. Azərbaycan dövləti xalqının yanındadır və onun problemlərini həll etmək baxımından lazımi işlər görür”. Bu fikirləri  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

M.Quliyev bildirib ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsində heç bir tələskənliyə ehtiyac yoxdur. Onun sözlərinə görə, Azərbaycan artıq illər öncəki Azərbaycan deyil: “Əgər böhran olarsa belə, biz bu böhrana tam hazırıq. Neftin qiymətinin aşağı düşməsi yalnız koronavirusla bağlıdır və bir iki ay müddətinə keçib gedəcək. Əks halda dünyada neftin ucuzlaşmasına heç bir əsas yoxdur”.

Komitə sədri söyləyib ki, əmanətlərin sığortalanmasının 9 ay müddətinə uzatmaq həm maliyyə, həm də bank sektoruna hökumətin dəstəyi deməkdir. “Əmanətlərin tam sığortalanaması dünyada bir Azərbaycan təcübəsidir. Dövlət Neft Fondundan 2020-ci ilin büdcəsinə 11 milyard 350 milyon manat transfert olunması nəzərdə tutulub. Hətta Dövlət Neft Fondu 7 il müddətində heç bir gəlir etməsə belə, dövlət büdcəsinə transfertləri köçürmək imkanına malikdir. Bu baxımdan, pessimist düşünməyə ehtiyac yoxdur. Təkcə iki ay ərzində nəzərdə tutulan proqnozdan artıq gömrük vergi orqanlarından büdcəyə vəsait daxil olub. Vətəndaşlarımız bilsin ki, neftin qiymətinin düşməsi qısa müddətlidir və bunu qarşılamağa hökumətin hər cür imkanı var”-deyə, M.Quliyev qeyd edib.