YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsən: Hesab edirəm ki, hər bir millət vəkili fəaliyyətini ölkə başçısının tövsiyələrinə uyğun quracaq

“Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasındakı genişməzmunlu tarixi çıxışı Azərbaycan xalqını sevənlər və sevməyənlər üçün bir mesaj kimi dəyərləndirmək olar. Azərbaycan Prezidentinin bu çıxışı indiyədək ölkədə həyata keçirilən siyasi, iqtisadi, sosial islahatların davam etdirilməsi, eyni zamanda  xarici siyasət sahəsində  indiyədək milli maraqlarımıza uyğun olaraq  həyata keçirilən balanslaşdırılmış siyasətin yüksələn xətlə davam etdirilməsi istiqamətində siyasi iradənin ortada olmasının, həmçinin  ölkə başçısının da dediyi kimi beşinci kolonun ölkədə həyata keçirilən hərtərəfli islahatlara xələl gətirərək, çaxnaşma yaratmaq istəyən qüvvələrə qarşı  aydın bir mesajı idi”. Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.

R.Həsən bildirib ki, cənab Prezidentin qeyd etdiyi kimi,  deputatlar millətin vəkilidir və əsas missiyası da seçicisini layiqincə təmsil etmək olmalıdır. O baxımdan, deputat xalqın ona verdiyi mandatdan öz şəxsi maraqları və mənafeyi üçün deyil, xalqın, seçicisinin  maraqlarının təmin olunması, onun daha firəvan yaşamasının təmin olunması istiqamətdə fəaliyyət göstərməlidir. Ona görə də deputat  seçicisinin haqlı problemini, əyər-əskikliyini, çatışmazlıqları parlament tribunasında  qaldıraraq aidiyyatı icra orqanları və digər qurumların diqqətinə çatdıraraq, onların həllinə nail olmalıdır. Daha şəxsi  maraqlarını ön plana çəkməməlidir. “Ölkə başçısı çıxışında açıq şəkildə bəyan etdi ki, deputat təkcə təmsil oldunduğu dairənin deyil, ümumiyyətlə qanunverici orqan tərəfindən qəbul edilən qanunların, qərarların, o cümlədən ölkə başçısı və hökumət tərəfindən qəbul edilən sərəncamların və qərarların icrasında hər hansı çatışmazlıq və ya qanunsuzluqla rastlaşanda həmin məsələni  hökumət qarşında qaldırmalı və həllinə nail olmalıdır. Cənab Prezidentin çıxışı biz deputatlar üçün  bir tapşırıq və tövsiyə xarakteri daşıyır. Mən bu çıxışı deputatların  qarşıdakı fəaliyyətində  yol xəritəsi hesab edirəm”- millət vəkili vurğulayıb.

 R. Həsən söyləyib ki, dövlət başçısının Milli Məclisdə çıxışında deputatların gələcək fəaliyyətlərində əsas  məqam və istiqamətlərindən biri xarici siyasətlə bağlı səsləndirdiyi fikirlər idi. Onun sözlərinə görə, cənab Prezident Azərbaycanın  bu gün üzləşdiyi ikili standartların aradan qaldırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində parlament diplomatiyasının daha da fəallaşdırılmasının zəruriliyini önə çəkdi.

“Ölkə başçısı bildirdi ki, Azərbaycan həqiqətləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər daha geniş formada beynəlxalq aləmə çatdırılmalıdır. Deputatlar hər zaman hazır vəziyyətdə olmalıdır ki, beynəlxalq tribunalarda Azərbaycan məsələsi müzakirə edilərəkən haqlı durumda olarkən haqsız duruma düşməsin. Ona  görə də hesab edirəm ki, Azərbaycanın xarici siyasət sahəsində parlament Xarici İşlər Nazirliyi ilə əlaqəli formada  aktiv şəkildə işləməlidir. XİN öz səlahiyyətinə aid olan məsələləri, parlamentarilər də parlament diplomatiyasına uyğun şəkildə aktiv formada Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmalıdır. Deputatlarımız iştirak etdiyi beynəlxalq və regional səviyyəli  təşkilatlarda daha aktiv olmalıdır. Hesab edirəm ki, hər bir millət vəkili fəaliyyətini ölkə başçısının tövsiyələrinə uyğun quracaq və bununla da ölkəmizin daha da inkişaf edib, xalqın daha rifah halında yaşamasını, ölkədəki sabitliyin qorunmasına öz töhfəsini verəcək”-deyə, deputat qeyd edib.