YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Parlamentin yeniləşməsi ondan xəbər verir ki, bundan sonra parlament dövlətimizin islahatlar kursuna daha böyük töhfələr verəcək

“Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar strategiyasının vacib tərkib hissələrindən biri yeni müasir biliklərə, müasir baxışlara, dünya standartlara cavab verən gənclərin müxtəlif dövlət strukturlarına, seçkili orqanlara və s. önəmli vəzifələrə irəli çəkilməsi ilə bağlıdır. Yeni tərkibli Milli Məclisdə də bu faktor özünü göstərir. Parlament ümumi islahatlar konsepsiyasından kənarda qala bilməzdi. Növbədənkənar parlament seçkilərinin keçirilməsi də bu islahatlar strategiyasının reallaşması ilə bilavasitə bağlıdır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, yeni parlamentin üçdə bir hissəsi yeni simalardır. Burada gənclər də üstünlük təşkil edir, müxtəlif sahələrdə fəal olan gənclərə etimad göstərilib. Parlamentin yeniləşməsi, gəncləşməsi ondan xəbər verir ki, bundan sonra parlament dövlətimizin islahatlar kursuna  daha böyük töhfələr verəcək.

“Gənclərin irəli çəkilməsi onlar üçün yaradılan böyük şəraitdir, onların inkişafına yönəlmiş ciddi addımdır. Gənclər bu addımdan maksimum faydalanıb cəmiyyətin inkişafı üçün səylərini əsirgəməməlidirlər. Bilirsiniz ki, bu il ölkəmizdə “Könüllülər ili”dir. Bu il çərçivəsində dövlətimiz gənclərin müxtəlif sahələrdə inkişafı ilə bağlı addımlar atmaqdadır.

Gəncləşmə müasirlik anlamını ifadə edir və müasirlik də mütləq mənada xalqımıza məxsus olan milli mənəvi dəyərlərin aradan çıxması hesabına olmamalıdır. Tam əksinə, milli mənəvi dəyərlərə yiyələnmiş gənclərimiz paralel olaraq müasir biliklərə, təcrübəyə  sahib olmalıdırlar. Bu konteksdə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi işinə öz töhfələrini verməlidirlər”-deyə, deputat qeyd edib.