YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Qazaxda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda səfərdə olub.

Dövlətimizin başçısı Qazax şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.