YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP könüllüləri “Bizim həyət” layihəsinə dəstək məqsədilə “Sağlam həyat naminə birləşək” aksiyasına start verib (VİDEO)

Yeni Azərbaycan Partiyasının könüllüləri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Bizim həyət” layihəsinə dəstək məqsədilə “Sağlam həyat naminə birləşək” aksiyasına start verib.

Aksiya Binqədi rayonu, 6-cı mikrorayondakı 201 saylı binanın qarşısındakı “Bizim həyət” layihəsi çərçivəsində abadlaşan həyətdə baş tutub.

YAP Gənclər Birliyinin Ofis rəhbəri Elmar Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci  ilin ölkəmizdə “Könüllülər ili” elan olunması gənclərə diqqət və qayğının bariz nümunəsidir. Onun sözlərinə görə,

YAP könüllüləri tərəfindən il ərzində müxtəlif layihələr həyata keçiriləcək.

Bu layihələr sosial, mədəni ekoloji və digər istiqamətlərdə olmaqla gənclərin ölkə həyatının müxtəlif sferalarında fəal iştirakını təmin etmək məqsədi daşıyır.

““Sağlam həyat naminə birləşək” aksiyası “Bizim həyət” layihəsinə dəstək, eyni zamanda gənclər arasında sağlam həyat tərzini aşılamaq məqsədi daşıyır. 100-ə yaxın gəncin qoşulduğu “Sağlam həyat naminə birləşək” aksiyası Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu da daxil olmaqla bütün bölgələri əhatə edəcək. Bu aksiyaya ilk olaraq Bakının Binəqədi rayonunda başlamışıq”-deyə, E.Məmmədov qeyd edib.